BAKI, 4 sentyabr. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında IV tura start verilib.

Teleqraf xəbər verir ki, ilk oyunda "Qəbələ" "İmişli"ni qəbul edib.

Matçda meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.

Digər görüşdə isə "Şamaxı" Gəncədə "Kəpəz"i 4:1 hesabı ilə üstələyib.

Turun qalan oyunları sentyabrın 5-6-da keçiriləcək.

4 sentyabr

Azərbaycan Premyer Liqası, 4-cü tur
20:15.“Kəpəz” – “Şamaxı” - 1:4
Qollar: T.Axvlediani, 9 (0:1), U.Cahangirov, 21 (0:2), D.Akua, 56 (1:2), A.Bouali, 63 (1:3), H.İsmayılov, 76 (1:4)
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: Nicat İsmayıllı
AVAR: Teymur Teymurov
Gəncə şəhər stadionu

18:00.“Qəbələ” – “İmişli” - 2:1
Qollar: K.Mabea, 15 (1:0), D.Almeyda, 45+2 (1:1), K.Rossi 66 (2:1)
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Qəbələ şəhər stadionu