BAKI, 12 sentyabr. TELEQRAF
Qadınlardan ibarət 3x3 Azərbaycan milli komandası Belçikanın Antverpen şəhərində keçirilən Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb.
Teleqraf xəbər verir ki, yığma ilk qrup oyununda Niderlanda 12:21 hesabı ilə məğlub olub.
Milli ikinci görüşündə Ukrayna seçməsinə 20:7 hesabı ilə qalib gəlib. Beləliklə Azərbaycan millisi növbəti mərhələyə yüksəlib.