BAKI, 8 sentyabr. TELEQRAF

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb. O, UEFA Gənclər Liqasının I turu çərçivəsində keçiriləcək “Lill” (Fransa) – “Real Betis” (İspaniya) oyununun UEFA nümayəndəsi olacaq.

Teleqraf xəbər verir ki, oyun sentyabrın 9-u Fransanın Lill şəhərində yerləşən “Domen de Luşen Təlim Mərkəzi” stadionunda təşkil olunacaq.