BAKI, 8 sentyabr. TELEQRAF

La Liqa nəhənglərindən "Barselona" 2025/26 mövsümünü 18 milyon avro zərərlə başa vurub.
Teleqraf AS-a istinadla xəbər verir ki, İspaniya klubunun rekord gəliri 1,06 milyard avro olub.
Buna baxmayaraq, Kataloniya təmsilçisi ardıcıl üçüncü ildir ki, zərərlə işləyir.
"Barselona" transferlərdən təxminən 200.000 avro məbləğində gəlir əldə edib.
Klubun sponsorluq müqavilələrindən əldə etdiyi məbləğ 265 milyon avroya yüksəlib. Lisenziyalaşdırma və merçendayzinq bölməsi olan BLM, əvvəlki ilə nisbətən 40 milyon avro çox, 208 milyon avro gəlir əldə edib.
Lakin maliyyə hesabatlarında onun törəmə şirkəti olan “Barça Productions”ın dəyəri 23 milyon avro azaldılaraq 116 milyona endirilib. Klub artıq “Barça Vision” investorları qarşısında ödənilməmiş öhdəliklər səbəbindən ciddi itkilər yaşayıb.
Komanda növbəti maliyyə ili üçün 1,195 milyard avro gəlir proqnozlaşdırır.