BAKI, 6 sentyabr. TELEQRAF
“Qarabağ”ın sabiq futbolçusu Uroş Matiç Serbiyanın “Yedinstvo” klubunun baş məşqçisi vəzifəsindən ayrılıb.
Teleqraf xəbər verir ki, serbiyalı mütəxəssis “Napredak”a 1:2 hesablı məğlubiyyətdən sonra istefa verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Matiç məşqçilik fəaliyyətinə 2025-ci ilin yanvarında “Yedinstvo”da başlayıb. “Yedinstvo” Serbiya 1-ci liqasında 7 oyuna 4 xalla 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.
37 yaşlı mütəxəssis futbolçu karyerasında 2020/21 mövsümündə “Qarabağ”ın formasını geyinib.