BAKI, 9 sentyabr. TELEQRAF
Fransa Futbol Federasiyası (FFF) qarşıdan gələn FİFA prezident seçkilərində hazırkı qurum rəhbəri Canni İnfantinonu dəstəkləməmək qərarına gəlib.
Teleqraf xəbər verir ki, federasiyanın icraiyyə komitəsinin bu qərarı sentyabrın 10-da açıqlaması gözlənilir.
İnfantino daha əvvəl dünya çempionatına özəl investisiya cəlb etmək planını açıqladığı üçün tənqid olunub. UEFA, CONCACAF və Asiya Futbol Konfederasiyası (AFC) bu təklifə qarşı çıxıb.
Bundan başqa, UEFA-nın dünya çempionatının yayım və kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması təşəbbüsü ilə bağlı İnfantinoya qarşı cinayət işi açmağa hazırlaşdığı bildirilib.
Qeyd edək ki, Canni İnfantino 2016-cı il fevralın 26-dan FİFA prezidenti vəzifəsini tutur. Növbəti prezident seçkiləri 2027-ci ilin aprelində Mərakeşdə keçiriləcək.