BAKI, 8 sentyabr. TELEQRAF
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının IV turunun oyunlarında qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.
Həsənov ümumilikdə 4 oyundakı mübahisəli epizodları dəyərləndirib.
O, hakimlərin bütün hallarda doğru qərar qəbul etdiyini söyləyib.