BAKI, 13 sentyabr. TELEQRAF
“Maraqlı oyun alındı. Gərginlik sona qədər davam etdi. Hər iki komanda 1 xal qazanmağa layiq idi. Xallarımız üzərinə bir xal da əlavə olundi. Növbəti oyunlara hazırlaşacağıq. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm”.
Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının V turunda “Zirə” ilə heç-heçə (1:1) edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis yeni transferlərin ideal formada olmadıqlarını bildirib: “Yeni transferlər optimal formalarından hələ uzaqdırlar. Bununla belə, hər bir oyunçu üçün şərait yaradırıq ki, bu atmosferi, komandanı, kollektivi hiss etsinlər. Bilirik ki, idman formalarından uzaqdırlar. Buna baxmayaraq, yavaş-yavaş adaptasiyanı daha da yaxşılaşdırmaq istəyirik. Qarşıda milli ara zamanı bizim vaxtımız olacaq. İnanıram ki, əlimizdə şans olacaq ki, onları daha yaxşı vəziyyəti gətirək”.