BAKI, 8 sentyabr. TELEQRAF

Futbol üzrə Rusiya milli komandası oktyabr ayında iki yoldaşlıq oyunu keçirəcək.

Teleqraf Rusiya Futbol İttifaqının mətbuat xidmətinə istinadla xəbər verir ki, ruslar oktyabrın 3-də Yekaterinburqda Namibiya, 6-da isə Nijni Novqorodda Nigeriya ilə qarşılaşacaq.

Bundan əvvəl Rusiya millisinin sentyabrın 29-da Kazanda İranla yoldaşlıq oyunu keçirəcəyi açıqlanıb.

Qeyd edək ki, Rusiya milli komandası 2022-ci ildən UEFA və FIFA-nın təşkil etdiyi beynəlxalq turnirlərdən kənarlaşdırılıb.