
BAKI, 7 aprel. TELEQRAF
Sabunçu rayonunda quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Sabunçu rayonu ərazisində yerləşən mağazaların birində naməlum şəxsin orada çalışan satıcını kəsici-deşici alətlə hədələyərək quldurluq etməsi barədə polisə məlumat daxil olub.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı E.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Araşdırmalar aparılır.