
LƏNKƏRAN, 7 aprel. TELEQRAF
Lənkəranda balıq tutmaq istəyən 32 yaşlı kişi faciəvi şəkildə ölüb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib.
Rayon sakini, 1993-cü il təvəllüdlü Xudaverən Şükür oğlu Əlizadə balıq tutmaq məqsədilə çaya gedib. O, balıq tutarkən çayın o biri tərəfinə keçmək istəyib və bu zaman əlindəki qırmaq aləti yüksək gərginlikli elektrik xəttlərinə toxunub.
Elektrik cərəyanı X.Əlizadəni hadisə yerindəcə öldürüb.
Onun meyiti müvafiq tibbi ekspertiza üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.