BAKI, 7 aprel. TELEQRAF

Yaponiyaya məxsus xilasedici helikopterin Tsusima adası yaxınlığında Yaponiya dənizi üzərində qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb.

Qəza nəticəsində helikopterlə Fukuoka prefekturasına aparılmalı olan 86 yaşlı xəstə, onu müşayiət edən qohumu və həkimlərdən biri ölüb.

Helikopterin göyərtəsində olan digər üç ekipaj üzvü xilasedicilər tərəfindən huşsuz vəziyyətdə aşkar edilərək xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.