.jpg)
BAKI, 7 aprel. TELEQRAF
Hadisə bu gün səhər saatlarında Astara rayonunun Kijəbə qəsəbəsində qeydə alınıb.
Teleqraf-ın Cənub bürosunun verdiyi məlumata görə, Vasif Hacıbaba oğlu Kazımovun idarə etdiyi “UAZ” markalı yük avtomobili geriyə hərəkət edərkən 13 yaşlı Zəkiyyə Tosif qızı Kazımzadəni vurub. Anadangəlmə əlil olan və əlil arabasında hərəkət edən Z.Kazımzadə ağır bədən xəsarətləri alıb.
Yeniyetmə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Zəkiyyə Kazımzadənin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Hadisəni törətməkdə şübhəli bilinən Vasif Kazımov könüllü olaraq polisə təslim olub. Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.