GƏNCƏ, 6 aprel. TELEQRAF

Gəncə şəhərində yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, "VAZ 2107" ilə evakuator maşınının toqquşması nəticəsində Könül Əliyeva və Qumru Muradova müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Hadisənin səbəbləri araşdırılır.