
BAKI, 7 aprel. TELEQRAF
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyindən Teleqraf-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabunçu və Yasamal rayonları ərazisində keçirilən əməliyyatlar nəticəsində C.Qafarlı, E.Ələkbərov və H.Abdulgəlimov saxlanılıb.
Onların üzərindən 1 kiloqrama yaxın narkotik vasitə olan metamfetamin, marixuana və heroin aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.