
LƏNKƏRAN, 7 aprel. TELEQRAF
Lənkəranda təmir sexində yanğın baş verib.
Teleqraf-ın cənub bürosunun məlumatına görə, yanğın köhnə Ələt-Astara magistralının Lənkəran şəhərindən keçən hissəsində yerləşən müxtəlif əşyaların təmiri ilə məşğul olan sexin ərazisində qeydə alınıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinin bir texnikası və şəxsi heyəti cəlb olunub. Alov sexin çöl tərəfində başlayıb və operativ müdaxilə nəticəsində yanğının içəridəki obyektlərə keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində sexə ciddi ziyan dəyməyib.
Hadisənin hansı səbəbdən baş verdiyi hazırda araşdırılır.