BAKI, 7 aprel. TELEQRAF

Bakının Yasamalı rayonunda evdən meyit tapılıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, aprelin 6-da rayonunu Akim Abbasov küçəsində yaşayan 1973-cü il təvəllüdlü K.Hüseynovanın meyiti aşkar olunub.

Onun üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Onun hansı səbəbdən vəfat etməsi məlum deyil.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.