
BAKI, 6 aprel. TELEQRAF
Dağıstanın Akuşinski rayonunda böyük bir meşəlik ərazidə yanğını baş verib.
Teleqraf xəbər verir ki, bu barədə “Dağıstanın səsi” teleqram kanalı məlumat yayıb.
Dağıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının qarşısının alınması üçün tədbirlər görülür.
Qeyd olunur ki, yanğın təkcə Akuşinskidə deyil, ona bitişik Levaşinski rayonunda baş verir.
Aprelin 2-də Dağıstanın Levaşinski rayonunda başlayan meşə yanğını hələ də davam edir.