​GƏNCƏ, 6 aprel. TELEQRAF

Gəncədə bir gündə iki nəfər dərmandan zəhərlənib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, 26 yaşlı Ayşən Namazova və 31 yaşlı Ayşən Əhmədova dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Hər iki şəxsə tibbi yardım göstərilib. Vəziyyətləri stabildir.