BAKI, 7 aprel. TELEQRAF

Bakıda 19 yaşlı qız intihara cəhd edib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, aprelin 6-da, axşam saatlarında Sabirabad rayon sakini, 2006-cı il təvəllüdlü S.Adışlı intihar etmək məqsədi ilə H.Əliyev prospektində yerləşən körpüyə çıxıb.

Aparılan danışıqlardan sonra gənc qızın intihar etmək niyyətindən yayındırmaq mümkün olub.

Qeyd edək ki, daha əvvəl də bu körpüdə bir neçə dəfə intihar hadisəsi baş verib. Bu səbəbdən də ərazidə nəzarət gücləndirilib.