BAKI, 7 aprel. TELEQRAF

ABŞ-nin Nyu York şəhərində 49 yaşlı şəxs qəssab bıçağı ilə uşaqlara hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə "New York Post" qəzeti yazır.

Hadisə nəticəsində dörd uşaq ağır xəsarətlər alıb. Uşaqlardan biri otağa girərək polisə məlumat verə bilib.

Cinayəti törədən şəxs hadisə yerinə gələn polis patruluna da hücum etməyə cəhd edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkara 7 dəfə atəş açıblar. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

16, 13, 11 və 8 yaşlı dörd qız kəsilmiş-deşilmiş bıçaq yaraları ilə xəstəxanaya yerləşdirilib.