TOVUZ, 9 mart. TELEQRAF

Tovuz rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə Qovlar qəsəbəsində qeyə alınıb.

İlkin məlumata görə, İlham Rüstəmovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil yük maşının qoşqusuna çırpılıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Məlumata görə, ölən şəxsin bir ay sonra toyu olacaqdı.

Faktla bağlı araşdırma aparılır.