
BAKI, 9 mart. TELEQRAF
Rumıniyanın müxalifət lideri Kalin Georgesku prezident seçkilərində iştirakına qadağa qoyulmasına münasibət bildirib.
Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
“Bu addım dünyadakı demokratiyanın ürəyinə birbaşa zərbədir. Avropada diktatura, Rumıniyada istibdad var!" - deyə, siyasətçi namizədliyinin qeydə alınmaması barədə yazıb.