BAKI, 8 mart. TELEQRAF

Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həyata keçirilən növbəti tədbir zamanı paytaxt ərazisində idarə etdiyi nəqliyyat vasitəsi ilə avtoxuliqanlıq edən sürücü - C.Adıgözəlov saxlanılıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onun barəsində toplanmış material və sübutlar məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə C.Adıgözəlovun sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılmaqla, 15 sutka inzibati qaydada həbs olunub.