AĞDAŞ, 9 mart. TELEQRAF

Ağdaş-Yevlax yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın bölgə müxbiri xəbər verir ki, yolun Ağdaşın Yenikənd kəndindən keçən hissəsində "VAZ 2101" markalı maşın ağaca çırpılaraq yol kənarına düşüb.

Hadisə zamanı yaralanan 1983-cü il təvəllüdlü Allahverdiyev İlkin Məhəmədiyyə oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparıllr.