BAKI, 10 mart. TELEQRAF

"Ukraynada "Starlink" peyk rabitə sistemlərini heç vaxt söndürməyəcəm".

Teleqraf xəbər verir ki, bunu Amerikalı iş adamı və milyarder İlon Mask "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

“Aydın deyim ki, Ukraynanın siyasəti ilə nə qədər razılaşmasam da, "Starlink"i heç vaxt söndürməyəcəyik”, - o qeyd edib.

Sahibkarın sözlərinə görə, "Starlink"in söndürülməsinin Ukrayna cəbhəsinin dağılmasına səbəb olacağına dair sözləri Kiyev üçün təhlükə yaratmır.