BAKI, 10 mart. TELEQRAF

Kral III Çarlz ukraynalı həmkarı Volodimir Zelenskini iqamətgahında qəbul etdikdən sonra ABŞ Prezidenti Donald Trampın Britaniyaya münasibəti "soyuqlaşıb".

Teleqraf xəbər verir ki, bu barədə "Daily Mail" Vaşinqtondakı mənbələrə istinadən yazıb.

Nəşrin yazdığı məlumata görə, ABŞ liderinin köməkçiləri Britaniya rəsmilərinə aydın şəkildə bildiriblər ki, Tramp kralın Ukrayna lideri ilə şəklini birmənalı qarşılamayıb.

Birləşmiş Krallıqdan isə qeyd edilib ki, monarxın Zelenskinin qəbul edib-etməməsinə kənardan göstəriş vermək yersiz və yolverilməzdir.