BAKI, 10 mart. TELEQRAF
"ABŞ faktiki olaraq Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib".
Teleqraf "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Amerika Prezidenti Donald Tramp deyib.
O jurnalistlərə bildirib ki, administrasiya Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsi üzrə fasiləni aradan qaldırmağa yaxındır.