BAKI, 10 mart. TELEQRAF

Mark Karni bazar günü Kanadanın hakim Liberal Partiyasının yeni lideri seçilib və o, ölkənin növbəti baş naziri olacaq.

Teleqraf xəbər verir ki, o, hakim partiya üzvlərinin 86%-nin səsini toplayıb.

Keçmiş maliyyə naziri Karni hazırkı Baş nazir Castin Trudeau istefa ərizəsini təqdim etdikdən sonra onun yerini tutacaq. Bunun yaxın günlərdə baş verəcəyi gözlənilir.

Kanadada növbəti ümumi seçkilər oktyabrın 20-nə planlaşdırılsa da, Karninin növbədənkənar seçkilər təyin edəcəyi gözlənilir.