
BAKI, 10 mart. TELEQRAF
ABŞ və Rusiya Suriyada baş verən vətəndaş müharibəsinə görə BMT Təhlükəsiz Şurasının təcili toplantısını çağırıblar.
Teleqraf xəbər verir ki, toplantının bu gün keçiriləcəyi bildirilir. İclasda Təhlükəsizlik Şurasının üzvləri Suriyada baş verənləri müzakirə edəcək, gərginliyin aradan qaldırılması yollarını axtaracaqlar.
Qeyd edək ki, Suriyada hökumət gücləri ilə devrilmiş lider Bəşər Əsədə bağlı qüvvələr arasındakı silahlı toqquşma zamanı 745 mülki şəxs və 125 nəfər təhlükəsizlik mənsubu (hərbçi, polis) ölüb.