
ŞƏMKİR, 8 mart. TELEQRAF
Şəmkir rayonunda Orxan Məmmədovun bir neçə nəfər tərəfindən döyülməsi ilə bağlı rəsmi açıqlama verilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunda Teleqraf-ın yerli bürosuna bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
"Müvafiq ekspertiza təyin olunub. O. Məmmədova müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinən 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək", - deyə məlumatda qeyd edilib.