BAKI, 10 mart. TELEQRAF

"Moldovanın Avropa İttifaqına (Aİ) inteqrasiyasının zəruriliyi şübhə altındadır".

Teleqraf xəbər verir ki, bu barədə Moldovanın keçmiş prezidenti İqor Dodon "Telegram" kanalında paylaşımında qeyd edib.

O, hazırki hakimiyyəti ikiüzlülükdə ittiham edib.

"Hazırki hakimiyyət nümayəndələri mənəvi deqradasiyaya uğrayıb və aşkar şəkildə təcavüzkarları dəstəkləyir. Moldova Respublikası kortəbii şəkildə silahlanmış və senzura tətbiq edən belə bir quruluşa inteqrasiyadan çəkinməlidir" - sabiq prezident deyib.