
BAKI, 8 mart. TELEQRAF
Türkiyənin Konya vilayətində 10-a yaxın sahibsiz itin hücumuna məruz qalan 2 yaşlı suriyalı Rəna həyatını itirib.
Teleqraf xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib.
Konyanın Karatay məhəlləsində ailəsi ilə qohumlarını ziyarətə gedən balaca Rəna El itlərin hücumundan sonra xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.