
GÖYGÖL, 8 mart. TELEQRAF
Göygöldə idarəetməni itirən avtomobil hasara çırpılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Aşıqlı kəndində baş verib. "Shacman" markalı yük maşını idarəetməni itirərək, yol kənarındakı evlərə çırpılıb.
Nəticədə kənd sakinləri Məmmədova Nailə İslam qızı, Məmmədov İkram Camal oğlu və Yusubov Elsevər Böyükbəy oğlunun evlərinə ciddi ziyan dəyib.
Ərazidə küçə işıqlandırması və rabitə xətləri də zədələnib. Sürücü yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.