
BAKI, 10 mart. TELEQRAF
ABŞ Dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində bəyan edib ki, Dövlət Departamenti Fələstinin HƏMAS hərəkatının tərəfdarlarını deportasiya etmək üçün onların giriş vizalarını və "green kartları"nı ləğv edəcək.
Teleqraf "CBS News"a istinadən xəbər verir ki, Marko Rubio ötən ilin yazında Nyu-Yorkdakı Kolumbiya Universitetində İsrail əleyhinə etirazlarda fəal iştirak edən fələstinli Mahmud Xəlilin ABŞ-nin immiqrasiya orqanları tərəfindən həbs edilməsini şərh edərkən belə deyib.
Amerika mətbuatının yazdığına görə, Xəlilin tələbə vizası və yaşıl kartı olub, indi bu kartlar ləğv ediləcək.