BAKI, 10 mart. TELEQRAF

ABŞ vitse-prezidenti Ceyms Devid Vensin əmisi oğlu Neyt Vens bir neçə il Ukrayna Silahlı Qüvvələrinin tərkibində Rusiyaya qarşı döyüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzeti məlumat yayıb .

Qeyd olunur ki, Vens Ukraynada üç il döyüşüb, onun iki ili "ən qanlı cəbhələrdə" keçib.

Məqalədə qeyd olunur ki, Neyt Vens 2025-ci il yanvarın əvvəlində, qardaşı vitse-prezident vəzifəsinə başlamazdan bir neçə gün əvvəl Ukrayna Silahlı Qüvvələrini tərk edib. Nəşr yazır ki, Neyt J.D.Venslə Ukrayna münaqişəsi ilə bağlı fikirlərini bölüşmür və əmisi oğlunun mövqeyindən məyusdur. Ukrayna Silahlı Qüvvələrinin keçmiş əsgərinin sözlərinə görə, o, vitse-prezidentə Ukraynadakı vəziyyətlə bağlı “bəzəksiz həqiqəti” deyə bilərdi. Ancaq Vens ondan daha ətraflı məlumat əldə etməyə çalışmayıb.