BAKI, 9 mart. TELEQRAF

Bərdə rayonunun Qarayusifli kəndində ümumi sahəsi 40 m² olan tövlənin qamışdan ibarət tavanı və dam örtüyünün taxta atmaları 20 m² sahədə yanıb.

Nazirlikdən Teleqraf-a verilən məlumata görə, tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.