BAKI, 10 mart. TELEQRAF

Moskvanın Solntsevo rayonunda bir nəfər iki məktəbliyə atəş açıb.

Teleqraf xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, hadisə 15 yaşlı iki yeniyetmənin itlərini gəzdirdikdən sonra evə qayıdırkən baş verib. Evin yaxınlığında bir nəfər heç bir səbəb olmadan onlara 7 dəfə atəş açıb. Yeniyetmələr girişdə gizlənməyə müvəffəq olublar. Hücum edən şəxs bir müddət onları orada gözləyib, daha sonra mənzilinə qalxıb.

Daha sonra polis əməkdaşları həmin şəxsi taparaq həyat yoldaşı ilə birlikdə idarəyə aparıblar.

Faktla bağlı araşdırma aparılır.