BAKI, 8 mart. TELEQRAF

Paytaxtın Yasamal rayonu ərazisində azyaşlı qızın mobil telefonunun soyğunçuluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən 22 yaşlı B.Bukavadze və bir nəfər yeniyetmə müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.