
BAKI, 10 mart. TELEQRAF
ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri , milyarder İlon Mask Polşanın xarici işlər naziri Radoslav Sikorskiyə cavab verib.
Teleqraf xəbər verir ki, milyarder bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, Polşanın rəqəmsallaşdırma nazirliyi "Starlink" üçün ildə təxminən 50 milyon dollar ödəyir.
"SpaceX etibarsız tədarükçü olduğunu sübut etməsəniz, Varşava bizi əvəz edən şirkət axtarmağa məcbur olacaq. Sakit ol, balaca adam. Siz xərclərin ancaq bir hissəsini ödəyirsiniz" - amerikalı milyarder yazıb.
O əlavə edib ki, "Starlink"in əvəzedicisi yoxdur.