
BAKI, 8 mart. TELEQRAF
Rusiyanın Samara vilayətinin Nefteqorsk şəhərində sirkdə oturacaqların çökməsi nəticəsində 8 nəfər xəsarət alıb.
Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, bu barədə regional Səhiyyə Nazirliyi məlumat yayıb.
“Təcili yardım briqadası çökmə yerində 8 nəfər yaralı şəxsi çıxarıb. Onların xəsarətləri yüngüldür", - məlumatda bildirilib.
Rusiya Federasiyasının İstintaq Komitəsi hadisə barədə cinayət işi açıb.