
BAKI, 10 mart. TELEQRAF
Amerikalı milyarder və ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask Rumıniyadakı hadisələri şərh edib.
Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
"Bu dəlilikdir!" - iş adamı Rumıniya Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına münasibət olaraq qeyd edib.
Qeyd edək ki, Rumıniya Mərkəzi Seçki Komissiyası müxalifət lideri Kalin Georgeskunun prezident seçkilərində iştirakı üçün namizədliyini qeydə almayıb. Buna etiraz olaraq Buxarestdə kütləvi aksiyalar keçirilib.