
BAKI, 10 mart. TELEQRAF
"ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həllinə nail ola biləcək yeganə siyasətçidir".
Teleqraf xəbər verir ki, bu fikri Çexiyanın keçmiş rəhbəri Miloş Zeman "İdnes" portalına bildirib.
O, Amerika liderini "marağı Ukraynadan faydalı qazıntılar çıxarmaqda olan praqmatik şəxs" adlandırıb.
“Avropa Trampın vecinə deyil, onun üçün yalnız ABŞ önəmlidir”, - Zeman vurğulayıb.