
BAKI, 8 mart. TELEQRAF
Bakıda itkin düşən "Azərbaycan Əsgər Anaları Komitəsi"nin sədr müavini, 1990-2000-ci illərin tanınmış azərbaycanlı hüquq müdafiəçisi Taisiya Qordeyeva tapılıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, sonradan yaşadığı əraziyə qayıdıb.
T.Qordeyeva artıq ailəsinin yanındadır.
Xatırladaq ki, Taisiya Mixaylovna Qordeyevanın (1947-ci il təvəllüdlü) martın 6-sı Əhməd Rəcəbli küçəsi, 184 ünvanında yerləşən “Omid” mağazasından çıxaraq evinə qayıtmaması ilə əlaqədar ailə üzvləri paylaşım etmişdi.
Onun demensiyadan əziyyət çəkdiyi bildirilir.
***
7 mart
21:38
BAKI, 7 mart. TELEQRAF
Azərbaycan Respublikası Əsgər Anaları Komitəsinin sədr müavini, 1990-2000-ci illərin tanınmış azərbaycanlı hüquq müdafiəçisi, Taisiya Qordeyevanın itkin düşməsi ilə əlaqədar axtarış elan edilib.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirib ki, itkin düşmə kimi axtarışa elan edilən qadının tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Qeyd edək ki, Taisiya Mixaylovna Qordeyeva (1947-ci il təvəllüdlü) ötən gün Əhməd Rəcəbli küçəsi, 184 ünvanında yerləşən “Omid” mağazasından çıxaraq evinə qayıtmaması ilə əlaqədar ailə üzvləri paylaşım edib. Onun demensiyadan əziyyət çəkdiyi bildirilir. Taisiya Qordeyevanı görən və ya onun harada olması barədə hər hansı məlumatı olan hər kəsdən Daxili İşlər Nazirliyinin 102 və ya (050) 322-42-25 nömrəli telefonlarına zəng etmələri xahiş olunur.