
BAKI, 10 mart. TELEQRAF
"Avstraliya Ukraynada planlaşdırılan sülhməramlı missiyada iştirakını nəzərdən keçirəcək".
Teleqraf "Sky News Australia" kanalına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Entoni Albanese deyib.
Eyni zamanda o vurğulayıb ki, sülhməramlıların göndərilməsi yalnız Rusiya ilə Ukrayna arasında sülh əldə edildikdən sonra mümkündür.
Baş nazir həmçinin bildirib ki, Avstraliya martın 11-i Parisdə bir sıra ölkələrin hərbi rəhbərlərinin görüşünə yüksək səviyyəli nümayəndə göndərəcək.