BAKI, 10 mart. TELEQRAF

Həkimlər, elm adamları, tələbələr və mühəndislər ABŞ-ın müxtəlif şəhərlərində Prezident Donald Tramp administrasiyasının siyasətinə etiraz olaraq aksiya keçiriblər.

Teleqraf AFP-yə istinadən xəbər verir ki, nümayişlər Nyu-York, Vaşinqton, Boston, Çikaqo və Viskonsin ştatının Madison şəhərlərində keçirilib.

Etirazlara səbəb iş yerlərinin ixtisara salınması, qrantların dayandırılması, həmçinin vaksin əleyhinə tanınmış fəal kiçik Robert Kennedinin Səhiyyə və İnsan Xidmətləri Departamentinə rəhbər təyin olunmasıdır.

Bir çox tədqiqatçılar maliyyənin azaldılmasının ABŞ-də “beyin axınına” səbəb olacağını bildiriblər.