ŞƏMKİR, 8 mart. TELEQRAF

Şəmkir rayonunda kütləvi dava olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü qəsəbə sakini O.M müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, adıçəkilən şəxs həmyerləri 2002- ci il təvəllüdlü E.M, 2000-ci il təvəllüdlü S.B və onun qardaşı Ə.B tərəfindən döyülüb. Hazırda xəsarət alan şəxsin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.