
BAKI, 8 mart. TELEQRAF
Sumqayıt şəhəri ərazisində bir nəfərin 95000 manatının etibarından sui-istifadə etmək yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 32 yaşlı şəhər sakini H.Həsənli müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.