
BAKI, 9 mart. TELEQRAF
ABŞ məxfi xidməti Ağ Evin yaxınlığında silahlı şəxsi atəş açaraq zərərsizləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat Xidmətinin saytında məlumat yayılıb.
Bilfirilir ki, martın 7-də polis "imtihara meylli" bir şəxsin İndianadan Vaşinqtona səfər etməsi barədə quruma məlumat verib. Şübhəlinin avtomobili Ağ Ev-in bir bölməsi olan Eyzenhauer inzibati binasının yaxınlığında tapılıb. Zabitlər yaxınlıqda təsvirə uyğun gələn bir adam görüblər, lakin ona yaxınlaşanda şübhəli silaha əl atıb.
Nəticədə idarənin əməkdaşları atəş açaraq şübhəlini zərərsizləşdirib. Onun vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır.