
DAŞKƏSƏN, 8 mart. TELEQRAF
Daşkəsəndə qanunsuz ov ilə məşğul olan şəxslər saxlanılıb.
Teleqraf-ın bölgə müxbiri xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən A.Musayev, B.Kamalov və E.Abbasov saxlanılıb.
Həmin şəxslərdən qanunsuz ovladığı 3 ədəd çöl donuzu və 1 ədəd ov tüfəngi aşkarlanıb.
Faktlar üzrə araşdırmalar aparılır.